Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək - SƏBƏB?

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək -

İsveçin Nobel Akademiyası 2018-ci il üzrə ədəbiyyat mükafatının təqdim olunmayacağını bəyan edib. Trend-in məlumatına görə, qərar akademiyanın münsiflər heyəti üzvlərinin adlarının cinsi zorakılıq qalmaqalında hallandığı üçün qəbul edilib.

Qeyd olunur ki, hələlik builki ədəbiyyat üzrə Nobel mükafatının ümumiyyətlə verilməməsi və ya təxirə salınması məsələsi müzakirə olunur. Bəzi mütəxəssislər 2019-cu ildə iki mükafatın birdən verilə biləcəyini deyir. Xatırladaq ki, ötən ilin sonlarında 18 qadın Akademiyanın üzvünü zorakılıqda ittiham etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...