Dünyanın ən titullu futbolçusu DÇ-2018-də oynamayacaq

Dünyanın ən titullu futbolçusu DÇ-2018-də oynamayacaq

Futbol üzrə Braziliya yığmasının müdafiəçisi Dani Alves iyunda Rusiyada start götürən dünya çempionatında iştirak edə bilməyəcək.

APA-nın xəbərinə görə, bu barədə Braziliya yığmasının mətbuat xidmətindən bildirilib.

“Tibbi müayinə Dani Alvesin dünya çempionatında iştirak edə bilməyəcəyini təsdiqləyib”, məlumatda deyilir.

“PSJ” klubunun şərəfini qoruyan 35 yaşlı futbolçu Fransa Kubokunun final matçında zədələnib. Bu il D.Alves dünyanın ən titullu futbolçusu adına yiyələnib. "PSJ"-nin apreldə Fransa Liqa Kubokunu qazanması ilə Dani Alves karyerasında 36-cı titulunu qazanıb.

Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində Braziliya yığması İsveçrə, Kosta-Rika və Serbiya ilə görüşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...