Dağlıq Qarabağa qanunsuz səfər etmiş jurnalist intihar etdi

Dağlıq Qarabağa qanunsuz səfər etmiş jurnalist intihar etdi

CNN-in məşhur yazarı və "Bilinməyən yerlər” teleşousunun aparıcısı Antoni Burden intihar edib. Gundeminfo.az apa-ya istinadən xəbər verir ki, hadisə zamanı o, "Bilinməyən yerlər” verilişinin növbəti bölümünə hazırlıq üçün Fransada səfərdə olub. Yaxın dostları bu gün səhər onun otel otağından cavab gəlmədiyini bildiriblər. Otaqda 61 yaşlı jurnalistin meyiti tapılıb.

Qeyd edək ki, A. Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan kulinariya haqqında veriliş hazırlaması ilə əlaqədar 2017-ci ilin oktyabrından Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...