"Keçi saqqalı mənə uğur gətirir" - Ronaldo

"Keçi saqqalı mənə uğur gətirir" -

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun keçi saqqalı saxlamasının səbəbi müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə 33 yaşlı hücumçunun özü məlumat verib. O bildirib ki, İspaniya ilə oyundan əvvəl etdiyi zarafata görə bunu edib: "Komanda yoldaşlarıma dedim ki, İspaniya ilə oyunda qol vursam, keçi saqqalımı saxlayacam. Mən qollar vurdum, ikinci matçda da fərqləndim. Mundial başa çatana kimi bu saqqalı qırxmayacağam. Çünki o, mənə uğur gətirir".

Qeyd edək ki, Ronaldo İspaniya ilə görüşdə (3:3) 3, Mərakeşlə matçda (1:0) 1 qol vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
696 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...