Argentina millisinin futbolçuları baş məşqçiyə qarşı çıxıb

Argentina millisinin futbolçuları baş məşqçiyə qarşı çıxıb

Dünya çempionatında uğursuz çıxış edən Argentina millisində qalmaqal yaranıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı yerli jurnalistlərdən biri tvitter səhifəsində yazıb.

O bildirib ki, cənubi amerikalıların futbolçuları İslandiya və Xorvatiya ilə qarşılaşmadakı uğursuzluğu baş məşqçi Xorxe Sampaoli ilə əlaqələndirirlər və Nigeriya ilə qrupun son matçında onun rəhbərliyi altında oynamaq istəmirlər. Bununla bağlı oyunçular Argentina Futbol Federasiyasına müraciət ediblər. Komandanı afrikalılarla görüşə 1986-cı ildə Argentina ilə dünya çempionu olan Xorxe Burruçaqa çıxara bilər.

Qeyd edək ki, İslandiya ilə heç-heçə edib (1:1), Xorvatiyaya məğlub olan (0:3) Argentina qrupun son turunda iyunun 26-da Nigeriya ilə qarşılaşacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...