Qazaxda bir həftədə iki xəstə əməliyyat zamanı öldü

Qazaxda bir həftədə iki xəstə əməliyyat zamanı öldü

Qazax Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib. Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Ağstafa rayon Poylu kənd sakini, 1947-ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlu sağ ayağından əməliyyat olunub.

Əməliyyatdan sonra xəstə narkozdan ayılmayıb və dünyasını dəyişib. Qeyd edək ki, iyunun 29-da M.Mustafayevin qohumu, Ağstafa rayonu, Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
711 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...