Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

“Azercell Telekom” MMC-nin 2018-ci il üçün elan etdiyi Yay Tələbə Təcrübə proqramının qalibləri bəlli olub. Ali məktəblərdə müxtəlif ixtisaslar üzrə və Təhsil Nazirliyi SABAH Qruplarında təhsil alan 20 tələbə bu yay Azercell şirkətinin təcrübə proqramında iştirak etmək imkanı əldə edib.

Gundeminfo.az xəbər verir ki, qalib tələbələrin iştirakı ilə baş tutan “Azercell-də ilk gün” adlı tədbirdə təcrübə proqramı və şirkətin fəaliyyəti haqqında məlumat verilib. Sentyabr ayının 1-nə qədər davam edəcək Azercell Yay Təcrübə proqramı ali məktəblərin sonuncu kurs tələbələrinə əldə etdikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək, telekommunikasiya sahəsində müəyyən təcrübə əldə etmək, maraqlı və məsuliyyətli layihələrdə iştirak etmək və gələcək karyeralarını qurmaq imkanı yaradır.
Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

Qeyd edək ki, 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 16 nəfər SABAH qrupu tələbələri olmaqla 156 tələbə Azercell-in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 20-si isə şirkətdə işlə təmin olunub. Onu da bildirək ki, Azercell Telekom yüksək akademik nəticələrə nail olan ali məktəb tələbələrinə xüsusi diqqət və dəstək göstərmək, güclü potensiala malik tələbələrə təhsil aldıqları ixtisas üzrə mütəxəssis kimi yetişməkdə kömək etmək məqsədilə Qış Təcrübə, Təqaüd və Bölgə Proqramlarını həyata keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...