"Bakcell" rabitə kəsintilərinin tez zamanda aradan qaldırılması üçün bütün tədbirləri görür

"Bakcell" rabitə kəsintilərinin tez zamanda aradan qaldırılması üçün bütün tədbirləri görür

Ölkənin elektrik enerjisilə təminat sistemində baş vermiş qəza nəticəsində mobil operatorların da fəaliyyətinə müəyyən problemlər yarandı.

Gundeminfo.az-ın sorğusuna cavab olaraq "Bakcell" şirkətindən bildirilib ki, respublika ərazisində elektrik enerjisinin təchizatında yaranmış problemlə əlaqədar olaraq ölkənin bir neçə bölgəsində yerləşən mobil baza stansiyalarin elektrik təchizatında yaranmış fasilələr aradan qaldırılıb: "Bakcell" şirkəti bildirir ki, dayanıqlı mobil rabitə xidmətlərin bərpa edilməsi istiqamətində bir sıra tədbirlər görülüb və xidmətlərin kəsintisiz göstərilməsi təmin edilib. Buna baxmayaraq, ölkə ərazisində elektrik enerjisinin verilməsi tam bərpa olunana kimi mobil rabitə xidmətlərinin göstərilməsində fasilələr yarana bilər. "Bakcell" bundan sonra baş verə biləcək rabitə kəsintilərinin tez bir zamanda aradan qaldırılması üçün bütün lazımi tədbirlər görəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
701 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...