Corc Kluni İtaliyada qəzaya düşdü

Corc Kluni İtaliyada qəzaya düşdü

Hollivud aktyoru və rejissor Corc Kluni İtaliyanın Sardiniya adasında qəzaya düşüb.

Oxu.Az xarici mediaya istinadla xəbər verir ki, hadisə Cozef Hellerin eyni adlı romanı əsasında “Hiylə 22” filminin çəkilişləri zamanı baş verib.

Kluni skuterlə çəkilişlərin getdiyi yerə gedirmiş. Yolda skuter avtomobillə toqquşub.

Qəzadan sonra xəsarət alan aktyor Olbiya şəhər xəstəxanasına çatdırılıb. Aparılan yoxlama zamanı Kluninin çanaq, əl və ayağında zədənin olduğu aydınlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...