"Neqativ məqamlar məhz sosial şəbəkələrdə yayılır" - Əflatun Amaşov

"Neqativ məqamlar məhz sosial şəbəkələrdə yayılır" -

"Gəncə hadisələrin daha çox İran yönümlü saytlarda kifayət qədər şişirdilməsi, insanlarda bu məsələnin arxasında müəyyən mərkəzlərin olduğunu düşünməyə əsas verir”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Media: dini radikalizmlə mübarizə" tədbirində səsləndirib.

Ə.Amaşov ərəb ölkələrində son illərdə yaşanan hadisələrə diqqət çəkib: "XXI əsr ictimai siyasi həyatda yeni istiqamətlər yarandı. Ərəb ölkələrində baş verən hadisələrdə sosial şəbəkələrin rolunu görürük. Son dövrlər Azərbaycanda baş verən hadisələrdə də sosial mediada müzakirələri müşahidə edirik. Bu gün Azərbaycanda social şəbəkələrdə milyonlarla insanlar var. Təəssüf ki, Azərbaycanla bağlı bir sıra neqativ məqamlar məhz sosial şəbəkələrdə yayılır. Kiçik dini qrupların Azərbaycanla bağlı niyyətləri bəllidir. Onların Azərbaycanın ictimai siyasi həyatına təsiri çox zəifdir. Baş verən son hadisələrdə islam dininindən istifadə edən qrupların fəaliyyət göstərdiyini unutmamalıyıq. Xaricdə yaşayan qüvvələr müxtəlif yollarla Azərbaycanda ictimai-siyasi birliyi pozmağa çalışırlar. Azərbaycan mediasında olan şəxslər bunu yaxşı görür. Çünki mediamızda çalışanlar, redaktorlar kifayət qədər ağıllı insanlardır. Onlar Azərbaycanın gələcəyindən narahat olan insanlar kimi fəaliyyətlərini düzgün qurur. Bundan sonra da bu istiqamətdə işləyəcəklər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...