Məşhur cərraha Gürcüstan prezidenti olmaq təklif edilib

Məşhur cərraha Gürcüstan prezidenti olmaq təklif edilib

Rusiyada məşhur olan cərrah Leo Bokeriyaya Gürcüstan prezidenti olmaq təklif edilib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, "Rustavi 2"nin baş direktoru Nika Qvaramiya "Aktsentı" verilişində ölkənin keçmiş baş naziri, hakim "Gürcü arzusu" partiyasının rəhbəri Bidzina İvanişvilinin L.Bokeriyaya prezidentliyə namizəd olmağı təklif etdiyini bildirib.

Onun sözlərinə görə, İvanişvili Gürcüstan vətəndaşı olmayan və faktiki olaraq, Gürcüstanda yaşamayan və buna görə də prezident ola bilməyəcək Bokeriyaya hər şeyi yoluna qoyacağı vədi verib.
N.Qvaramiya bu təklifin hətta Bokeriyanı da güldürdüyünü bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
701 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...