“Yaxşı etmişəm, təpiyimin altına salaram…” – Kamil Zeynallıdan qalmaqallı açıqlamalar – VİDEO

“Yaxşı etmişəm, təpiyimin altına salaram…” –

ARB TV-nin “Turist” verlişinin növbəti qonağı tanınmış məşqçi Kamil Zeynallı olub.
Minval.info xəbər verir ki, fitnesi Azərbaycanda ilk sevdirib, tanıtdığını deyən Kamil qəzəbli açıqlamaları ilə gündəmə gəlib.
“Azərbaycanda fitnesi mən qaldırmışam. Bəlkə də bu sözümə görə “əşi danışır da” deyənlər olacaq, amma o insanlar savadsız adamlardır. Durub mənim üzümə bunu deyə bilməzlər. Amma bu faktdır ki, bu idmanı Azərbaycana mən sevdirib tanıtmışam. Efirə mən gətirmişəm. Elə bilin ki, saatın tam olmağına 11 rəqəmi var idi, 12-ci rəqəmi çatmırdı”.
K.Zeynallı etdiyi hərəkətlərdən peşman olmadığını, əksinə tam doğru etdiyini söyləyib:
“Mən indiyə qədər kimi təhqir, tənqid etmişəmsə əccəb etmişəm, lazım gəlsə, bir də edəcəm. Heç nədən peşman deyiləm. İstəyir jurnalisti olsun, tanınmış adamı olsun, sadə adamı olsun kimi təhqir, tənqid etmişəmsə, yaxşı etmişəm. Yaxşı at özünə qamçı yedirtməz. Mən bu gün əziyyət çəkib bu yerə gəlmişəm ki, kimsə özünü tanımayan, şəxsiyyətsiz mənə sosial şəbəkədə artıq-əksik söz yazsın, mən də üzümü çevirib gedim o tərəfə. Mən öz aləmimdə bunu özümə yaraşdırmıram. Onu həyatda da görsəm təpiyimin altına salaram”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...