Qurban Bayramı günləri banklar işləyəcək

Qurban Bayramı günləri banklar işləyəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının(MBNP) tövsiyəsinə əsasən, Qurban bayramı ilə əlaqədar 22 və 23 avqust qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Gundeminfo.az xəbər verir ki, bu barədə MBNP-nin sözçüsü açıqlama verib. Açıqlamaya görə, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədi ilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 22 bankın 56 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək.

Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sualla bağlıa yaradılmış qaynar xəttə müraciət edilə bilər:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...