Azərbaycanının ən yaşlı tələbəsi oxumaqdan imtina etdi

Azərbaycanının ən yaşlı tələbəsi oxumaqdan imtina etdi

“Bəlkə də təhsilhaqqını sonradan düzəldə bilərdim. Amma AzEdu.az-dakı yazını oxudum. Gecəni yatmadım. Düşündüm ki, bu, mənə quru diplomdan başqa bir şey verməyəcək”.

Gundeminfo.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında ilin ən yaşlı tələbəsi Atakişi Ağayevdeyib. Ali təhsil almaqdan imtina etməsininn səbəbini belə izah edib: “Bakıya bir xəstə insan gətirmişdim. Əməliyyat olunacaqdı. Təhsilhaqqımı onun üçün verib qayıtdım. Lənkəranda kollec açılıb. Orada oxuyacam. Amma bu dəfə ödənişsiz təhsil alacam.

Bəlkə də təhsilhaqqını sonradan düzəldə bilərdim. Amma AzEdu.az-dakı yazını –məndən alınan açıqlamanı - oxudum. Gecəni yatmadım. Düşündüm ki, bu, mənə quru diplomdan başqa bir şey verməyəcək. Üstəlik pulumu xərcləməli oldum.
Bilmirəm, pulum olsa idi, bəlkə də oxuyardım. Amma imtina etdim”.

Onun sözlərinə görə yeni açılan kollecdə təhsil universitetdəkindən güclüdür: “Kolleclər statusa görə olmasa da, tədris, öyrətmək baxımından oradakından güclüdürlər. Söhbət kollecdə dərs deyənlərdən və tədrisdən gedir. Burada kollecdə elə şeylər öyrənirik ki, həmin universitetdə heç onları keçmirlər. Rayon yeri mənim üçün daha yaxşıdır. Lənkərandakı kollecdə dərs deyən müəllimlərlə ünsiyyətdəyik. Onların dediyi bizə daha tez çatır. Bakıda da dərs keçirlər, amma həmin effekt olmayacaq.

Orada ödəniş etməli, üstəlik ildə 4 dəfə getməli olacam. Hər gedəndə isə 250-300 manat xərcləməliyəm. Burada isə əyani təhsil alacam. Kollec yaxındır. Onsuz da işə daimi hər gün getmirəm. Məni lazım olandan olana axtarırlar”.
Qeyd edək ki, A.Ağayev 55 yaşında 121 bal toplayaraq, Bakı İslam Unversitetinə qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...