İosif Kobzon vəfat edib

İosif Kobzon vəfat edib

SSRİ xalq artisti İosif Kobzon 81 yaşında vəfat edib.

Trend-in məlumatına görə, məşhur müğənni iyulda xəstəxanaya yerləşdirilib, avqustun 7-də isə evə buraxılıb.

İ.Kobzon 2004-cü ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, İosif Davıdoviç Kobzon Rusiya ilə Azərbaycan arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində səmərəli fəaliyyətinə görə 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dostluq" ordeni ilə, 2017-ci ildə isə Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
700 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...