Bakıda qadın sürücünün törətdiyi dəhşətli qəzanın görüntüləri - VİDEO

Bakıda qadın sürücünün törətdiyi dəhşətli qəzanın görüntüləri -

Bakıda yüksək sürətlə avtomobil idarə edən qadın yol qəzasına səbəb olub.

ARB TV xəbər verir ki, hadisə Nərimanov rayonu Əlövsət Əbdülrəhimov küçəsində qeydə alınıb.

“Hyundai” markalı avtomobilin xanım sürücüsü idarəetməni itirib və bu zaman avtomobil sağ zolaqda öz yolu ilə hərəkət edən “Daewoo” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Hyundai” bir neçə dəfə çevrilərək parkın daş arakəsmələrinə dəyib. Qadın müxtəlif bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə yerində olan polis əməkdaşları müayinələr aparıblar. Deformasiyaya uğrayan avtomobillər isə cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
779 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...