"Müqaviləm bitənədək futbol oynayacağam" — Lionel Messi

"Müqaviləm bitənədək futbol oynayacağam" —

"Barselona"nın argentinalı ulduzu Lionel Messi Kriştianu Ronaldunun "Yuventus"a transferi və futbolu nə vaxt tərk edəcəyi haqqında danışıb.

"Ölkə.Az"ın məlumatına görə, Messi qeyd edib, Ronaldosuz "Real Madrid" zəifləmir, lakin "Yuventus" Çempionlar Liqasının favoritlərindən olur. "Açığı onun "Yuventus"a getdiyini eşidəndə çox təəccübləndim. Onu "Real Madrid"dən kənarda düşünə bilmirdim" - deyə, Messi əlavə edib.

Messi həmçinin qeyd edib ki, hazırda futbolçular bir komandaya bağlı qalmaqdan çox pul qazanmaq üçün karyeralarını davam etdirirlər. 20221-ci ildə "Barselona" ilə müqaviləsi bitəndə 34 yaşında olacaq ulduz futbolçu "Müqaviləm bitənə kimi futbol oynayacağam. Sonra isə futbola davam edib-etməyəcəyimi klubla müzakirə edəcəyik" deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...