Adanalılardan NASA-ya sual: “Günəşə atəş açsaq, sərinləyərəkmi?”

Adanalılardan NASA-ya sual:

Adanada keçirilən bir tədbirdə NASA ilə canlı əlaqə qurulub.

“Ölkə.Az” xəbər verir ki, adanalılar NASA-ya “Adana çox istidir, günəşə atəş açsaq, sərinləməyimizə kömək edərmi?” sualını ünvanlayıblar. NASA isə bu suala “Atəş açmaq azdır, raket atmaq lazımdır” cavabını verib.

Tədbir Çukurova universiteti, Elm-Texnologiya universiteti, Türk Aviasiya qurumu və digər təşkilatların dəstəyi ilə baş tutub. Tədbirin sonuncu günündə NASA-da işləyən Umut Yıldız ilə görüntülü birbaşa əlaqə yaradılıb. Alim uşaqlara NASA-dakı kosmik tədqiqatlar və kainatın sirlərindən danışıb.

Telekonfransın sonunda bir qız uşağı alimə sual verib:

“Adana çox istidir, günəşə atəş açsaq, sərinləməyimizə kömək edərmi?”

Yıldız isə gülümsəyərək “Atəş açmaq bəs eləməz, raket atmaq lazımdır. Kaliforniya da çox istidir amma biz burada günəşə atəş açmırıq. Təbii ki, faydası yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1085 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...