Bakıda iki qız oğlana görə saçyolduya çıxdılar - Polisə belə məhəl qoymadılar (VİDEO)

Bakıda iki qız oğlana görə saçyolduya çıxdılar -

Sosial şəbəkələrdə Bakıda iki qızın saçyolduya çıxmasını əks etdirən video yayılıb. Gundeminfo.az azxəbər.com-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nizami küçəsində qeydə alınıb. Belə ki, qızlar oğlan üstündə dalaşıblar. Nizami küçəsində iki qızın əlbəyaxa davası polisin müdaxiləsi ilə nəticələnib.

Axşam saatlarında baş verən hadisəyə ilk olaraq ətrafdakı vətəndaşlar müdaxilə edib. Amma buna baxmayaraq, qızları ayırmaq mümkün olmayıb. Polis əməkdaşlarının hadisəyə müdaxiləsinə də məhəl qoymayan qızlar əməllərinə davam ediblər. Nəticədə polis onların hər ikisini saxlayaraq bölməyə aparıb. Bu zaman onlar polisə də çətin anlar yaşadıblar. Hadisə şəhidlərinin sözlərinə görə, iki qız arasındakı insident oğlana görə olub. Həmin görüntüləri təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...