Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri dəyişdirilib

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri dəyişdirilib

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov işdən çıxarılıb.

“Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib. E.Hacıyev bu təyinata qədər BŞBPİ mətbuat xidmətinin əməkdaşı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...