“Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər – FOTOLAR

 “Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər –

Türkiyədə “Fələstinə yardım” adı ilə dini kitabların satışıyla məşğul olan şəbəkə üzvləri saxlanılıb. İddiaya görə, onlar əldə etdikləri gəlirlə lüks məclislər təşkil edib.
Minval.info Türkiyə mediasına istinadən xəbər verir ki, şəbəkə çağrı mərkəzi yaradaraq müxtəlif dini bayramlarda insanlara zəng vuraraq onları işləri barədə məlumatlandırıblar. Belə ki, dindarlardan ibarət heyət dini kitabların satışını təbliğ edib. Onlar əldə etdiyi gəlirin 10 faizinin Fələstində və Arakanda yaşayan müsəlmanlara ayıracağını vəd veriblər.
Türk polisinin əməliyyatından sonra ortaya çıxanlar şok effekti yaradıb. Hüquq-mühafizə orqanları isə vətəndaş şikayətindən sonra işə qarışıb. Çağrı mərkəzindən “Quran” kitabı sifariş verən şəxsin ünvanına yalnız kağız parçaları göndərildiyində o, polisə bununla bağlı məlumat verib.
Araşdırmadan sonra aşkar olub ki, 8 ay ərzində 29,600 nəfərə zəng vurulub və 2 milyon 700 min lira əldə ediblər. Polis əməliyyat zamanı 26 şübhəlini nəzarət altına alıb.
İddiaya görə, şəbəkə başçısının bahalı yaxtada doğum gününü qeyd etməsinin görüntüləri də ələ keçib. Ad günü məclisində iştirak edənlərin çoxunun çağrı mərkəzində çalışdığı bildirilir. Daha bir məlumata görə, şəbəkə üzvləri kitab satışından qazandığı pulları gecə klublarına xərcləyiblər.

 “Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər –
 “Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər –
 “Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər –
 “Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...