Kaşıkçının “WhatsApp” mesajları üzə çıxdı - Hökumətə qarşı hərəkat...

Kaşıkçının “WhatsApp” mesajları üzə çıxdı -

Səudiyyəli jurnalist Camal Kaşıkçının Kanadada yaşayan fəal Ömər Əbdüləzizlə vəliəhd şahzadə Məhəmməd ben Salmanı tənqid edən “WhatsApp” yazışmaları üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, jurnalist göndərdiyi mesajlarda vəliəhdi sərt şəkildə tənqid edib, həmçinin Səudiyyə hökumətinə qarşı gənclər üçün online-hərəkat yaratmağı planlaşdırdığı məlum olub.

Elə bu faktorun onun ölüm fərmanı üçün ciddi əsas olacağı istisna edilmir.

2017-ci ilin oktyabrından Kaşıkçı ilə ünsiyyətdə olan Əbdüləziz onunla yazışmaları, audio, foto və videolarının olduğu 400-dən çox “WhatsApp” mesajını CNN telekanalı ilə paylaşıb.

Aktivist Əbdüləziz avqustda yazışmalarının təqib edildiyindən şübhələndiyini və bundan 2 ay sonra Kaşıkçının öldürüldüyünü etiraf edib.

Mesajlarda jurnalistin Səudiyyədəki situasiyadan narahatlığı ifadə olunub, eyni zamanda şahzadəni “heyvan” və “pokemon” adlandırıb: “Nə qədər çox qurban yeyirsə, bir o qədər də istəyir. Bu zülm ona dəstək olan insanlara qədər gedib çatarsa təəccüblənmərəm”.


Kaşıkçının “WhatsApp” mesajları üzə çıxdı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...