Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Transformasiya Planı hazırlayacaq

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Transformasiya Planı hazırlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna, gələn ilin əvvəlinə Rəqəmsal Transformasiya Planı hazırlayacaq.
“Report” xəbər verir ki, bu barədə qurumun İnformasiya texnologiyaları Departamentinin direktoru Fərid Osmanov məlumat verib.
O, bu barədə Bakıda keçirilən “Blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda danışıb.
“Bu gün 8 böyük kredit təşkilatının və 10-dan çox dövlət qurumunun nümayəndələri ilə bir masa arxasına gəlmişik. Daim müzakirələr aparılır. Dövlət məlumatlarının bank sektoruna çatdırılması yolları, funksional və konsensus modelləri hazırlanır. Həmin qurumlarla birgə çalışırıq ki, bu ilin sonuna, gələn ilin əvvəlinə Rəqəmsal Transfarmasiya Planı hazırlayaq. Bu planda innovativ texnologiyaların DATA sektoruna tətbiqi və inteqrasiyası kimi məsələlər öz əksini tapacaq”, - deyə AMB rəsmisi qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...