Almaniyada uşaq Şaxta babadan polisə şikayət edib

Almaniyada uşaq Şaxta babadan polisə şikayət edib

Almaniyanın Tsetel şəhərində Şaxta babanın verdiyi hədiyyəni bəyənməyən 9 yaşlı uşaq polisə şikayət edib.
“Report”un “NDR.de”yə istinadən verdiyi xəbərə görə, uşaq polisə bildirib ki, Şaxta baba istədiyi Yeni il hədiyyəsini gətirməyib.


Polis zabiti oğlanın arzuladığı hədiyyə siyahısını bəzədilmiş şamın altındakılarla müqayisə etdikdən sonra hədiyyələrin heç birinin uyğun gəlmədyini müəyyən edib. O, uşağı sakitləşdirmək üçün Şaxta babanın qocaldığını və yaddaşını itirdiyini, bu səbəbdən hədiyyələri dəyişik saldığını söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...