Səfirin qardaşına qarşı dələduzluq edən yenidən məhkəmədə

Səfirin qardaşına qarşı dələduzluq edən yenidən məhkəmədə

Səfir Polad Bülbüloğlunun qardaşına 200 min manat “ataraq” dələdulzuq etməkdə təqsirləndirilən Məmməd Nəsibov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Nəsibov bir neçə şəxsin etibarından sui-istifadə edərək onlardan təxminən 400 min manat alaraq qaytarmamaqda ittiham olunur. M.Nəsibov hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Onun işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrliyi ilə baxılıb. İlkin baxış iclasında şikayətin detalları və anket məlumatları dəqiqləşdirilib. Baxış iclası yanvarın 11-də keçiriləcək.

O, İradə İsmayılovadan 21 500 manat alaraq ona Hövsan qəsəbəsində 15 sot sənədsiz torpaq sahəsi satıb, Çingiz Məmmədovdan 200 min manat alaraq Abşeron rayonunda yaşayış evi tikdirəcəyini vəd edib.

Bundan başqa, M.Nəsibov Adilə Məmmədovaya 120 min, Gülnaz Xayirovaya 43 min, Bahar Ələkbərovaya 17 min və Bəhram Namazova isə 28 min 100 manatlıq dələduzluq edib. Məhkəmədə ifadə verən M.Nəsibov özünü təqsirli bilmədiyini deyib. Zərərçəkmişlərdən biri, Çingiz Məmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşıdır.

2018-ci il iyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Nəsibov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
605 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...