Ülvi Quliyev 2018-ci il üçün yekun qəbulunu keçirdi - FOTOLAR

Ülvi Quliyev 2018-ci il üçün yekun qəbulunu keçirdi -

[s
ize=3]Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 17 saylı Yasamal III seçki dairəsindən deputat seçilmiş Ülvi Quliyev parlamentdə seçicilərini qəbul edib.

Modern.az-ın məlumatına görə, bu, komitə sədrinin 2018-ci ildə yekun qəbuludur. Ülvi Quliyev təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət ünvanlayan vətəndaşları ayrı-ayrılıqda qəbul edib. Deputat onları narahat edən məsələləri dinləyib. 30-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda əsasən iş, mənzil, sosial, idman, təhsil və s. kimi məsələlər üstünlük təşkil edib.

Seçicilərin problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Ülvi Quliyev bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Ərizə və şikayət məktubları aidiyyəti orqanlara yönləndirilməsi üçün götürülüb. Qeyd edək ki, Ü.Quliyev 2018-ci ildə həm öz dairəsində, o cümlədən Milli Məclisdə 11 görüş keçirib.

Ülvi Quliyev 2018-ci il üçün yekun qəbulunu keçirdi -
Ülvi Quliyev 2018-ci il üçün yekun qəbulunu keçirdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...