Kobud sözlər, söyüşlər işlədirlər - Aparıcılar tənqid edildi

Kobud sözlər, söyüşlər işlədirlər -

Milli Televiziya və Radio Şurası 2018-ci ilin yekunlarına əsasən televiziya proqramlarının aparıcı və diktorları ilə bağlı rəyini açıqlayıb.

BakuPost-un məlumatına görə, MTRŞ televiziya proqramlarının aparıcı və diktorları ilə bağlı müsbət tendensiyaların diqqət çəkməkdə olduğunu qeyd edib.

Sənəddə qeyd edilib ki, ötən il ərzində teleaparıcıların fəaliyyətində müşahidə olunan müsbət dəyişikliklərdə ədəbi dilin qorunması istiqamətində MTRŞ-nin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının birgə həyata keçirdiyi layihələr mühüm rol oynayıb.

Bununla belə, şöbədə il ərzində aparılan monitorinqlər zamanı efir məkanında Dövlət dilinin istifadəsi ilə bağlı müəyyən problemlər aşkarlanıb. MTRŞ həmin problemlərin əsasən aşağıdakı istiqamətlərdə müşahidə edildiyini bildirir:

- aparıcıların bir sıra hallarda Azərbaycan ədəbi diliin normalarına riayət etməməsi, nitqlərində dolaşıqlığa, söz sırasının pozulmasına yol verməsi, məişət dilini efirə çıxarması, bəzən loru, bayağı nitq sərgiləmələri;

- aparıcıların qeyri-dövlət dilində olan söz və ifadələrdən istifadə etmələri;

- aparıcıların dəvət olunmuş xarici dilli qonaqlarla xarici dildə danışmağa meyil etməsi;

- aparıcıların nitqlərində rus və türk dilinin təsirinin hiss edilməsi:

- bəzi aparıcıların ləhcədə danışması;

- verilişlərdə xarici dildə danışan qonaqların nitqinin yalnız subtitrlə tərcümə edilməsi;

- teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələrin işlədilməsi və s.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...