“Apple” 3 yeni “iPhone” təqdim edəcək

“Apple” 3 yeni “iPhone” təqdim edəcək

“Apple” şirkəti 2019-cu ilin payızında 3 yeni “iPhone” təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə “The Wall Street Journal” yazıb. Məlumatlara əsasən, yeni modellər üç arxa kameraya sahib olacaq. Digər iki model isə ənənəvi iki kameralı olacaq. Bundan başqa, “Apple”ın LCD-ekran texnologiyasına sadiq qalacağı bildirilib.

Şirkət bu məlumatlar barədə şərh verməyib. Xatırladaq ki, ötən ilin payızında da “Apple” 3 model - iPhone XS, iPhone XS Max и iPhone XR – modellərini, eləcə də Apple Watch 4 saatını təqdim etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...