Bir sıra hallarda sosial şəbəkələr mənəvi terror alətinə çevrilir - Əli Əhmədov

Bir sıra hallarda sosial şəbəkələr mənəvi terror alətinə çevrilir -

"Bir sıra hallarda sosial şəbəkələr mənəvi terror, insanları təhqir etmək alətinə çevrilir”.

Gundeminfo.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Əli Əhmədov bildirib ki, sosial şəbəkələr həyatımıza dərindən daxil olub və ciddi şəkildə təsir göstərir. Onun sözlərinə görə, bu təsirin müsbət cəhətləri mövcuddur: "Amma çox təəssüflə qeyd etmək lazımdır ki, bəzi hallarda sosial şəbəkələrdən söz və fikir azadlığı adı altında tamamilə başqa məqsədlər və niyyətlərlə istifadə edirlər.

Bir sıra hallarda sosial şəbəkələr mənəvi terror alətinə çevrilir, ayrı-ayrı insanları, qrupları təhqir etmək alətinə çevrilir, ləyaqətdən, etikadan kənar ifadələrdən istifadə edilir. Bütün bunlar sosial şəbəkələrin bir alət kimi istifadə olunması ilə əlaqədar narahatlıqlarımızı artırır. Biz istərdik ki, sosial şəbəkələrdən istifadə edənlərin hər biri söz və mətbuat azadlığı üçün yaradılmış bu geniş imkanlardan yararlanmaqla yanaşı, mənəvi dəyərləri unutmasınlar, etik qaydalara riayət etsinlər, buradan mənəvi terror, təhqir etmək vasitəsi kimi istifadə etməsinlər”.

Əli Əhmədov təəssüflə qeyd edib ki, Azərbaycanda siyasi mübarizə bəzən mənəviyyata, mənəvi dəyərlərə zidd xarakter daşıyır: "Müxalifətçilik məfkurəsi bəzi hallarda mənəvi dəyərlərin ayaq altına atılıb tapdalanması fonunda və formasında özünü büruzə verir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
584 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...