Qruplar üzrə ləğv olunan ixtisaslar - SİYAHI

Qruplar üzrə ləğv olunan ixtisaslar -

2019-cu ildə ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə ləğv olunan ixtisasların adları açıqlanıb.

Bu barədə Modern.az-a təhsil eksperti Kamran Əsədov məlumat verib.

Təhsil eksperti bildirib ki, Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibbtəhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” əsasında hazırlanan siyahıya əsasən bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə ləğv olunan ixtisaslar aşağıdakılardır:

I qrup

1. Geologiya mühəndisliyi
2. Dağ Mədən mühəndisliyi
3. Neft Qaz qurğuları mühəndisliyi
4. Elektroenergetika mühəndisliyi
5. İstilik energetikası mühəndisliyi
6. Enerji maşınqayırması mühəndisliyi
7. Avianəqliyyat istehsalının təşkili mühəndisliyi
8. Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
9. Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
10. Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi
11. Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi
12. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
13. Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
14. Cihazqayırma mühəndisliyi
15. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
16. Elektrik mühəndisliyi
17. Elektronika,telekomnikasiya və radiotexnika mühəndisliyi
18. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
19. Mühəmdis sistemləri və qurğularının tikintisi mühəmdisliyi
20. Optotexnika
21. Zootexniklik
22. Sistem mühəndisliyi
23. Çoxişlənən malların texnologiyası mühəndisliyi
24. Qida məhsulları mühəndisliyi
25. Meşə matrsiallarının və ağac emalının texnologiyası mühəndisliyi
26. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyinin mühəndisliyi
27. Pirotexniki vasitələrin texnologiyası
28. İstehlak mallarının ekspertizası və marketinqi
29. Poliqrafiya mühəndisliyi
30. Balıqçılıq və baklqmılıq təsərrüfatı işi
31. Xüsusi təyinatlı texnika və sistemlər
32. Kosmik textexnologiyalar mühəndisliyi
33. Kosmik texnika mühəndisliyi
34. Kosmik idarəetmə sistemləri mühəndisliyi
35. Kompozisiya materiallarından müdafiyə təyinatlı mümulatların layihələndirilməsi və istehsalı
36. Silah və silah sistemlərinin istehsalı texnologiyaları
37. Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istisması və təmiri
38. Yanğın təhlükəsizliyi mühəndisliyi
39. Biotibbi texnologiya mühəndisliyi
40. Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
41. Metrologiya, standartlaşdırma və sertifkasiya mühəndisliyi

II qrup

1. Dünya iqtisadiyyatı
2. Sənayenin təşkili və idarə olunması
3. Turizm və otelçilik
4. Kommersiya

III qrup

1. Məktəbəqədər təlim və tərbiyə
2. Kitabşunaslıq
3. Antropologiya
4. Kitabxanaçılıq və informasiya
5. Teatrşunaslıq
6. Kinoşunaslıq

IV qrup

1. Mualicə işi
2. Baytarlıq
3. Hərbi həkim işi
4. Tibbi profilaktika
5. Həkim yardımçısı

V qrup

1. Estrada sənəti
2. Xalq Çalğı alətləri
3. Məşqçi
4. Rəqs müəllimliyi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
702 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...