Rasim Balayev İbrahimbəyovun yubileyinə niyə getmədi?

Rasim Balayev İbrahimbəyovun yubileyinə niyə getmədi?

Rüstəm İbrahimbəyov məni 80 illik yubileyinə dəvət etməyib.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Rasim Balayev Rüstəm İbrahimbəyovun 80 illik yubileyi ilə bağlı Bakıda keçirilən mərasimdə iştirak etməməsinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, R.İbrahimbəyovla arasında hər hansı problem yaşanmayıb:

“Rüstəm bəylə aramızda heç bir problem olmayıb. Sadəcə, məni doğum gününə dəvət etməyib. Hər halda dəvət olunmadığım yerə gedə bilmərəm”.

Qeyd edək ki, fevralın 15-də Bakıya gələn Rüstəm İbrahimbəyov 80 illik yubileyini ölkənin tanınmış simaları ilə paytaxtda qeyd edib. Uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun katibi vəzifəsində işləyən (1990-2013) R.Balayevin sözügedən məclisdə olmaması diqqətlərdən yayınmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...