Kim Çen In Vyetnamda belə mühafizə olunur

Kim Çen In Vyetnamda belə mühafizə olunur

Şimali Koreya lideri Kim Çen In Vyetnamın Hanoy şəhərindəki beşulduzlu “Melia” otelinə yerləşdirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, burada Şimali Koreya liderinin mühafizəsini təmin etmək üçün yüksək təhlükəsizlik tədbirləri görülüb.

“Melia” otelinin ətrafına 4 ədəd zirehli transportyor yerləşdirilib. Zirehli texnikanın yanında həmçinin Vyetnam hərbçiləri keşik çəkirlər.

Qeyd edək ki, Kim Çen İn ABŞ prezidenti Donald Trampla görüş üçün Hanoya zirehli qatarla gəlib. Görüş 27 fevralda keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...