Cəlilabadda körpə enerji batareyası udaraq ölüb

Cəlilabadda körpə enerji batareyası udaraq ölüb

Cəlilabad rayonunda körpə enerji batareyasını udması nəticəsində ölüb. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.
Belə ki, 2017-ci il təvəllüdlü İbrahim Xalid oğlu Ağayevin halı pisləşdiyindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Müayinə zamanı onun mədəsində enerji batareyası aşkarlanıb. Həkimlərin səylərinə baxmayaraq, uşaq martın 26-da dünyasını dəyişib.

Qeyd edək ki, İ.Ağayev ailənin üçüncü övladı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...