Aftandil İsrafilov yayılan videosundan danışdı

Aftandil İsrafilov yayılan videosundan danışdı

Ötən gün sosial şəbəkələrdə xalq artisti Aftandil İsrafilovun bir məclisdə çəkilmiş videosu yayılıb.

Görüntüdə xalq artisti dostları arasında ona qarşı edilən zarafata qarşı qeyri-etik ifadə işlədib. İzləyicilər adı çəkilən videoya birmənalı münasibət bəsləməyib. Məsələ ilə bağlı xalq artisti Aftandil İsrafilov “Yeni Müsavat”a danışıb: “Onu pozğun adamlar edib. Bir azdan siləcəklər, vəssalam. Mən onlara baş qoşmuram. Bu cür söz-söhbət hər yerdə olur. Hansısa məclisdə otururlar, danışır, paxıllıq edirlər. Biz bu cür söhbətlərə qarışmırıq. Bir azdan bu söz-söhbət də bitib, gedəcək...

Ümumiyyətlə, bu cür hərəkətlərə yol vermək olmaz. Sənətkarların sənətinə, yaradıcılığına hörmətlə yanaşmaq lazımdır. Amma bir də görürsən ki, kiməsə sərt davrandın, öz davranışını, hərəkətini itirir. Əgər onların vaxtı-vaxtında cavabını verməsən, bu davam edəcək”. Qeyd edək ki, xalq artisti Brilliant Dadaşova həmkarının müdafiəsinə qalxıb. Belə ki, müğənni “İnstagram” səhifəsində videolu müraciət yayaraq Aftandil İsrafilovla bağlı videonun yayılmasına etiraz edib:

“Afdandil İsrafilovun bir videosu yayılıb. Orada kişi məclisidir, Aftandil bəy öz dostları arasında ona edilən zarafata senzuradan kənar ifadə işlədib. Bir səhifə isə onu paylaşaraq "Xalq artistimizə baxın" sözlərini yazıb. Nə demək istədiyini anlamağa çalışıram. Aftandil İsrafilov bütün Qafqazda qarmon ustalarının ustadıdır. Öz dostları arasında olan zarafatı İnstaqrama yerləşdirməklə nə etmək istəyirlər? Bunu anlayandan sonra artıq bu mövzuya qayıtmayacam. İnanıram ki, bütün ziyalılarımız milli dəyərlərimizə qarşı olan təcavüzə biganə qalmayacaqlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...