Təmirə görə bu yolda sürət həddi endirildi

Təmirə görə bu yolda sürət həddi endirildi

Bakı-Quba yolunda təmir işləri ilə əlaqədar sürət həddi 70 km/saat-a qədər endiriləcək. Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə aparılacaq təmir işləri ilə əlaqədar olaraq yol boyu sürət həddi 70 km/saat-a qədər endirilir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
635 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...