Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

İyunun 19-dan 21-dək Bakı şəhərində “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Trend-in məlumatına görə, konfransın təşkilatçıları AMEA Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsidir. Konfransın materialları çap olunacaq. Məruzələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və mayın 15-dək Təşkilat Komitəsinə göndərilməlidir.

Məqalələrin həcmi 10 səhifədən artıq olmamalı və elektron variant [email protected] e-poçt ünvanına göndərilməlidir. Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır. Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin bütün xərcləri öz hesablarınadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...