“Azercell “TİBO-2019” beynəlxalq sərgi-forumunda

“Azercell “TİBO-2019” beynəlxalq sərgi-forumunda

AzercellAzərbaycan nümayəndə heyətinin tərkibində Belarus Respublikasının Minsk şəhərindəkeçirilən 26-cı Telekommunikasiya, Rabitə, Təhlükəsizlik və İnformasiya Texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq “TİBO-2019” sərgi-forumunaqatılıb. Ölkəmizin dövlət qurumları və özəl şirkətlərinin 15-ə yaxın təmsilçisinin daxil olduğu nümayəndə heyətinə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəhbərlik edib.

16 ölkədən 100 şirkətin nümayəndəsinin qatıldığı forum MDB və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur. Azercell nümayəndələrinin də iştirak etdiyi bu sərgi texniki və biznes imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmaq, ən son texnoloji trendlərin müasir cəmiyyət həyatına sirayət edilməsi mövzusunda maraqlı təcrübələrdən bəhrələnmək baxımından böyük əhəmiyyət kəsb edir.

“TİBO-2019” sərgi-forumunda ölkəmiz Milli Pavilyonla təmsil olunur. Pavilyonda ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir. Vurğulamaq istərdik ki, ölkəmizin təmsil olunduğu pavilyon “Ən Yaxşı Stend” kimi təltif edilib. Rəqəmsal aləmin yeniliklərini abunəçilər üçün əlçatan etməyi hədəfləyən Azercell beynəlxalq təcrübələrdən bəhrələnərək bu istiqamətdə fəaliyyətini daha da təkmilləşdirəcək.

“Azercell “TİBO-2019” beynəlxalq sərgi-forumunda
“Azercell “TİBO-2019” beynəlxalq sərgi-forumunda




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...