Tanınmış aktyorun vəziyyəti ağırlaşdı: “Yaşamaq istəyirəm” – FOTO

Tanınmış aktyorun vəziyyəti ağırlaşdı:
Bir müddət əvvəl qaraciyər sirrozu diaqnozu ilə Sumqayıtda xəstəxanaya yerləşdirilən tanınmış aktyor Yalçın Səlimovun vəziyyəti ağırlaşıb.

ONA-nın yerli bürosuna açıqlamasında Y. Səlomov qarnına yığılan mayeyə görə özünü çox ağır hiss etdiyini deyir:

“Vəziyyətim son bir ildə pisləşdi. Ötən il həyatımda çətinliklər çox oldu. Depresiyaya düşdüm. Ötən ayın sonunda vəziyyətim daha da ağırlaşdı. 1 nömrəli Sumqayıt şəhər xəstəxanasına yerləşdirildim. Müalicələr aparıldı, iynə-dərman qəbul etdim. Sağ olsun həkimlər, çox raziyam. Diqqət və qayğıyla yanaşırlar. Amma müalicə səhhətimə elə də müsbət təsir göstərmədi. Səhhətimdə daha da pisləşmə gedir.

Tanınmış aktyorun vəziyyəti ağırlaşdı:

Yalçın Səlimov
Özümü reklam etməyi sevmirəm. Təəssüf ki, xəstəliyimə görə tanındım. Amma artıq məcburam ki, insanlardan, dövlətimizdən kömək istəyim. Artıq həyatla ölüm-dirim mübarizəsi aparıram. Övladlarım var, yaşamaq istəyirəm. Bu vaxta kimi kimdənsə kömək istəmədim. İndi mənim sizlərin köməyinizə ehtiyacım var.

Açıq danışacağacam. Mənim qaraciyərim artıq öz funksiyasını itirərək sıradan çıxıb. Təcili olaraq qaraciyər transplantiyasına ehtiyacım var. Sentyabra kimi qaraciyərim mütləq dəyişilməlidir. Ümid edirəm ki, Azərbaycan xalqı məni ölməyə qoymayacaq. Hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Yalçın Səlimov 20 ildən çoxdur Sumqayıt Dövlət Dram Teatrında çalışır.

Teatrın repertuarında olan tamaşalarda maraqlı obrazlar ifa edib. 46 yaşlı aktyor Yalçın Səlimovun özünəməxsus yaradıcılıq yolu var.

Xatırladaq ki, martın 26-da aktyorun vəziyyəti pisləşərək Sumqayıtda xəstəxanaya yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
658 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...