Xərçənglə mübarizə aparan jurnalist Tahirə efirə çıxdı - SON GÖRÜNTÜSÜ

Xərçənglə mübarizə aparan jurnalist Tahirə efirə çıxdı -

Bir müddət öncə xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Tahirə Məmmədqızı əməliyyatdan sonra ilk dəfə efirə çıxıb.

Lent.az-ın məlumatına görə, “Səhər-səhər” verilişinə qonaq olan jurnalist bildirib ki, artıq xəstəliyə qalib gəlib: “Əməliyyatdan sonra ilk dəfə efirə çıxıram. Dünəndən işə gedirəm. Yadınıza gəlirsə, sizin efirdə anlaşılmazlıq yaşanmışdı. Həmin həkim məni həyata qaytardı. Xəstəliyimi heç kimə demirdim. Oğlum əsgərdi, onun bilməsini istəmirdim. Amma bu alınmadı. Xəstəliyim barədə məlumat mətbuata çıxdı. Bəziləri rəylərdə yazır ki, Allah bəlanı verdi. Yaxşı yazanlar da var”.

Qeyd edək ki, Tahirə Məmmədqızı ginekoloji onkologiyadan əziyyət çəkirdi. Onun uşaqlıq orqanından 7 ədəd şiş götürülüb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...