Tahir İmanov arzusuna çatdı: Bakıda babasının adına küçə olacaq

Tahir İmanov arzusuna çatdı:

"Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yanındakı küçəyə babamın adı verilib. Artıq bununla bağlı sərəncam imzalanıb".

Bu sözləri musavat.com-a əməkdar artist Tahir İmanov deyib.

"Ötən gün xəbər yayılıb ki, Bakı meriyası mənə küçə bəyəndirə bilmir. Bu səhv məlumatdır. Heç kim zəng edib məndən məsələnin əslini soruşmayıb. Artıq babamın adına küçə verilib. Süleyman Ələsgərovun adının verildiyi küçə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının yanında yerləşir. Bu gün sərəncam da imzalanıb. Prezidentə arzumu yerinə yetirdiyi üçün təşəkkür edirəm", - deyə aktyor əlavə edib.

Qeyd edək ki, prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva ilə mədəniyyət xadimlərinin görüşündə T. İmanov babasının adına küçə verilməsini istəmişdi.

Ötən gün isə Bakı meriyasının əməkdar artis küçə bəyəndirə bilmədiyi haqda xəbərlər yayılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...