Rusiya Azərbaycanla sərhədə əlavə ordu yığır

Rusiya Azərbaycanla sərhədə əlavə ordu yığır
Rusiyanın özünün qərb və cənub hərbi dairələrindəki qüvvələrinin tərkibini NATO və ABŞ-ın artan aktivliyinə cavab olaraq gücləndirmək məcburiyyətindədir.

Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib. Onun sözlərinə görə, bu dairələrdəki qüvvələrin tərkibi digər hərbi dairələrdəki qüvvələrin sayının azaldılması hesabına gücləndiriləcək.
Gerasimov bildirib ki, ABŞ-ın Avropada hava hücumundan müdafiə sistemlərini yerləşdirməsinə cavab olaraq Rusiya öz qoşunlarına perspektivli silahların tədarükünü prioritetə çevirib.

Qeyd edək ki, Rusiya Cənub Hərbi Dairəsi Rusiyanın cənub sərhədlərinin müdafiəsinə cavabdehdir. Belə ki, bu hərbi dairənin tərkibində Krımdakı, Rusiyanın Ukrayna ilə sərhədindəki, Şimali Qafqazdakı, Abxaziya, Cənubi Osetiya və Ermənistandakı qoşunları daxildir. Xəzər donanması və Qara dəniz donanması da Cənub Hərbi Dairəsinin tərkibində yer alır. Bu hərbi dairə həmçinin Rusiyanın Suriyadakı əməliyyatlarına da nəzarəti həyata keçirir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
75 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...