Bakı avtovağzalında pulsuz internet olacaq - Wi-Fi qurlaşdırılır

Bakı avtovağzalında pulsuz internet olacaq -

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində pulsuz internet olacaq. Bunu Unikal.org-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, kompleksin rəqəmsallaşdırılması üzrə pilot layihə çərçivəsində pulsuz Wi-Fi xidməti yaxın günlərdə istifadəyə veriləcək:

“Bakı Beynəlxalq Avtovağzal Kompleksində uzaq məsafəyə hərəkət edən avtobusların demək olar ki, hər birində pulsuz və sürətli Wi-Fi xidməti var. Məlum olduğu kimi kompleksin ərazisində nəqliyyat qovşağı istifadəyə verilib. Nəqliyyat qovşağında tezliklə ictimai Wi-Fi xidməti qurulacaq. Nəqliyyat qovşağı ümumilikdə 50 min kvadratmetr ərazini əhatə edir. Bu ərazi daxilində - gözləmə zallarında əyləşən, ictimai iaşə obyektlərindən istifadə edən və dayanacaqlarda gözləyən insanlar rahat şəkildə Wi-Fi xidmətindən istifadə edə biləcəklər”.

Yeniliyin işə düşməsi ilə bağlı texniki işlər davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...