Parlament qarşısına toyuqlar çıxarıldı...- “Hökumət bizi axmaq yerinə qoyur...”-FOTOLAR

Parlament qarşısına toyuqlar çıxarıldı...-
Ermənistan parlamentinin qarşısındakı etiraz aksiyasına toyuqlar çıxarılıb.

Moderator.az xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, aksiya “Aazanq” vətəndaş təşəbbüsü qrupu tərəfindən bu günlərdə Ermənistan xalq məclisi tərəfindən gəlir vergilərinin bərabərləşdirilməsi haqqında qərara etiraz əlaməti olaraq keçirilib.

"Biz hesab edirik ki, hökumət kiçik bir dairənin maraqlarını qoruyan layihəni yüksək maaş almağa təşviq edən bir addım kimi təqdim etməklə Ermənistan vətəndaşlarını axmaq yerinə qoyur”, - etirazçıların bəyanatında belə deyilir.
Parlament qarşısına toyuqlar çıxarıldı...-

Aksiya iştirakçıları baş nazir Paşinyanın “Mənim addımım” blokundan olan erməni deputatlardan bəhs edilən qanun layihəsinə yenidən baxmalarını tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...