Bu bank “ANS”-dən 352 minini ala bilmir

Bu bank “ANS”-dən 352 minini ala bilmir

“ANS” Müstəqil Yayım və Media Şirkəti ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan “AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaBank”a olan borcunu qaytara bilmir.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, bank 299 389 manat əsas borc, 52 214 manat faiz borcu, ümumilikdə 351 603 manat məbləğində kredit borcunun tutulub ona verilməsi üçün məhkəməyə müraciət edib.

İddia ərizəsində "AtaBank" ödəmənin 720 456 manat dəyərində olan avadanlıqlara yönəldilərək, həmin girov predmetlərinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün ona ödənilməsini məhkəmədən xahiş edib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılaraq “AtaBank”ın xahişi ilə hazırki işin “ANS” şirkətinin “AtaBank” ASC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddiası üzrə işlə bir icraatda birləşdirilməsini xahiş edib və məhkəmə həmin vəsatəti təmin edərək hər iki işin bir icraatda birləşdirilməsinə qərar verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...