Alpaqut Turan Döyüşçüləri Açıq Bakı turnirində güclərini sınadılar

Alpaqut Turan Döyüşçüləri Açıq Bakı turnirində güclərini sınadılar


Mayın 4-də Şağan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş Alpaqut Turan Döyüş Sənəti üzrə Açıq Bakı turniri keçirilmişdir.

Dövlət himnin oxunması ilə başlayan tədbiri giriş sözü ilə Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Qüdrət Nuriyev açıq élan edərək, yarışmaya qatılan qonaqları salamlayaraq, iştirakçılara uğurlar arzulayıb.

Daha sonra “İki sahil” qəzetinin baş redaktoru, ictimai xadim, Vüqar Rəhimzadə, “Virtual Qarabağ” təşkilatının sədri, Nurəddin Mehdiyev, aprel döyüşləri zamanı böyük şücayət göstərmiş, düşmənin 6 tankını məhv edən, Azərbaycan Bayrağ ordeni ilə təltif edilən canlı qəhrəmanımız Tahir Misirxanov və Alpaqut Turan Döyüş sənətinin qurucusu Kutsan Vasif Namazov çıxış edərək iştirakçılara uğurlar arzulamışdır.

Tədbirdə 9 nömrəli Uşaq Gənclər İncəsənət Mərkəzinin rəqs qrup rəhbəri Samirə Səfərliyə, Nurəddin Mehdiyevə, canlı qəhrəmanımız Tahir Misirxanov,“Bassi” Plates mərkəzinin direktoru sahibkar Natavan Xanım Hacıyevaya federasiyanın fəxri diplomları təqdim edilib.

Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq Gənclər İncəsənət Mərkəzinin rəqs qrupu və Muğan ifaçısı xanəndə Ələkbər Ələkbərov çıxış edib. Turnirdə ölkəmizin Şəhər və rayonlarından ümumilikdə 17 komandadan 244 idmançı Alpaqut Turan Döyüş Sənətinin 4 sistemində ( aypara. batur. caymaz. qurşaq ) öz gücünü sınayıb.

Aypara sistemi üzrə Sabunçu komandası 1-ci yerə,
Batur sistemi üzrə Laçın komandası 1-ci yerə,
Caymaz sistemi üzrə Kəlbəcər komandası 1-ci yerə
Qurşaq sistemi üzrə Qazax komandası birinci yerə laiq görülmüşdür.

Alpaqut Turan Döyüşçüləri Açıq Bakı turnirində güclərini sınadılar
Alpaqut Turan Döyüşçüləri Açıq Bakı turnirində güclərini sınadılar
Alpaqut Turan Döyüşçüləri Açıq Bakı turnirində güclərini sınadılar
Alpaqut Turan Döyüşçüləri Açıq Bakı turnirində güclərini sınadılar
Alpaqut Turan Döyüşçüləri Açıq Bakı turnirində güclərini sınadılar
Alpaqut Turan Döyüşçüləri Açıq Bakı turnirində güclərini sınadılar
Alpaqut Turan Döyüşçüləri Açıq Bakı turnirində güclərini sınadılar




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...