“Nar” gənclərin intellektual inkişafına töhfə verməyə davam edir

“Nar” gənclərin intellektual inkişafına töhfə verməyə davam edir

Ölkənin ən gənc mobil operatoru “Nar”-ın dəstəyilə baş tutan“Breyn Rinq” intellektual bilik yarışınınon üçüncü mövsümünün ilk finalçılarının adları bəlli olub. Belə ki, kubok uğrunda mübarizədə “Gəncə” və “Nar” komandaları, eyni zamanda daha ikiqalib komanda yarışacaq.

Gundeminfo.az xəbər verir ki, komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər həftəsonu “Nar” öz “Facebook” səhifəsində xüsusi müsabiqə keçirir. “Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilər müxtəlif hədiyyələrlə təltif edilirlər. Aprel ayının intellektlərininadları isə artıq məlumdur: Əli Məmmədov, İsmayıl Əliyev, Məhbub Osmanov və Rəşad Səttarlıdır.
“Nar” gənclərin intellektual inkişafına töhfə verməyə davam edir

Qeyd edək ki, “Breyn Rinq” bilik müsabiqəsində respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir.Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctimai Televiziyada yayımlanır. İntellektual oyunun qalibi iyun ayında məlum olacaq və qalib komanda “Nar” kubokunun sahibi olacaq.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilk müsabiqəsi də bunlardan biridir.

Ətraflı məlumatı https://www.facebook.com/Narofficialhesabından və https://nar.az/ saytından əldə etmək mümkündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...