Azercell ADA Universitetinin tələbələri üçün master- klasstəşkil edib

Azercell ADA Universitetinin tələbələri üçün master- klasstəşkil edib


Ölkəmizinaparıcı universitetləri ilə əməkdaşlıq edən, ali təhsil mərkəzlərininmaddi-texniki bazasının zənginləşdirilməsinə yardım göstərən “Azercell Telekom” MMC mütəmadi olaraq gəncləri maraqlandıran sahələr üzrə master-klasslar keçirir. Növbəti belə tədbir ADA Universitetinin tələbələri üçün təşkil olunub. Azercell-in Baş Ofisində keçirilənmaster-klassda ADA Universitetinin sonuncu kurs tələbələri iştirak edib.

Azercell-in İstehlakçı Seqment Biznes Strukturu, “CRM” bölümünün rəhbəriEmil Əmirov, İstehlakçı Seqment Biznes Strukturu, Biznesin təhlili bölümünün aparıcı mütəxəssisi Zaur Hüseynov və Korporativ Seqment Biznes Strukturu, Məhsul və Xidmətlər bölümünün mütəxəssisiRüfət Qafarov tələbələrlə görüşərək, məhsulun yaradılması, biznes təhlili və analizi kimi vacib mövzularla bağlı öz zəngin təcrübələrini bölüşüblər.

Həmçinin İnsan Qaynaqları departamentinin mütəxəssisləri tərəfindən iştirakçılaragənclərin peşəkar və fərdi fəaliyyətini dəstəkləmək məqsədilə yaradılan yeni "Azercell-Lab"- ödənişli təcrübə proqramının başlanması ilə bağlı məlumat təqdim olunub. Belə ki, Azercell iyul ayının 1-dən etibarən bakalavr və magistr tələbələri, həmçinin bakalavr və magistr dərəcələrində ali təhsillərini artıq tamamlamış gənclərə "İT-Lab" və "Biznes-Lab" inkubasiya mərkəzləri vasitəsilə peşəkar mühitdə karyera qurmaq imkanları,şirkət tərəfindən həyata keçirilən layihələrdə iştirak və əvəzolunmaz təcrübə qazanmaq fürsətləri yaradır. Məruzəçilər sonda iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

“Azercell Telekom” MMC təhsilə və gənclərin inkişafınahər zaman xüsusi qayğı ilə yanaşıb. Bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr olaraq yetişdirilməsinə öz töhfəsini verib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...