İTV Avropa Yayımları Birliyindən açıqlama tələb edir

İTV Avropa Yayımları Birliyindən açıqlama tələb edir
İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision-2019" mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.
"Report" xəbər verir ki, müraciət ötən gün "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır.
"Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik", - deyə məlumatda bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...