“Arsenal” qalib gəlsə, futbolçulara 10 milyon ödəyəcək

“Arsenal” qalib gəlsə, futbolçulara 10 milyon ödəyəcək

“Arsenal” futbolçuları gələn həftə Bakıda keçiriləcək Avropa Liqası finalında qələbə qazansalar, klubun rəhbərliyi oyunçuları adambaşına yarım milyon funt-sterlinqə qədər mükafatlandıracaq.

Bu barədə “Daily Mail” yazır.

Məlumata görə, Unai Emerinin çalışdırdığı komandanın futbolçuları ilə bağlanmış müqavilənin bonuslar (əlavə mükafatlar) bölməsində Avropa “trofey”lərinin qazanılacağı təqdirdə oyunçuların fərdi qaydada mükafatlandırılması nəzərdə tutulur.

Bonuslar 100,000-500,000 funt-sterlinq arasında dəyişir. Beləcə, final qələbəsi “topçular”ın rəhbərliyinin xərclərini 10 milyon funt-sterlinq artırmış olacaq.

“Arsenal” sonuncu dəfə qitə yarışlarında 1994-cü ildə qalib olub, Kuboklar Kubokunu qazanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
614 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...