"Azercell" növbəti dəfə karyera sərgisində iştirak edib (FOTO)

"Azercell" növbəti dəfə karyera sərgisində iştirak edib (FOTO)
Fəaliyyəti boyunca tələbələrin peşəkar və fərdi fəaliyyətinə dəstək olan "Azercell" növbəti dəfə karyera sərgisində iştirak edib.

Belə ki, may ayının 25-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil edilmiş VI məzun-karyera sərgisində Azercell şirkətinin İnsan Qaynaqları departamentinin mütəxəssisləri tələbələrlə görüşüb,onların suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən təcrübə və təqaüd proqramları barədə geniş məlumat təqdim ediblər.

Şirkətdənverilən məlumata görə, qeyd edək ki, bu il Azercell şirkəti istedadlı gənclərin karyera qurmasına dəstək olmaq məqsədilə tələbələr üçün "Azercell-Lab" - ödənişli təcrübə proqramını elan edib. Təcrübə proqramı çərçivəsində tələbələrə 2 fərqli istiqamətdə seçim etmək imkanı təklif edilib: "İT-lab" və "Biznes-Lab". Seçim mərhələlərini uğurla keçmiş tələbələr iyul ayının 1-dən başlayaraq "İT-lab" və "Biznes-lab" inkubasiya mərkəzlərində 6 aylıq ödənişli təcrübə keçmək fürsətini əldə edəcəklər. Əlavə olaraq, təcrübəçilər Azercell tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanına da malik olacaqlar.

Azərbaycanda təhsilin inkişafına daim töhfə verən və ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən Azercell şirkəti bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
"Azercell" növbəti dəfə karyera sərgisində iştirak edib (FOTO)

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...